12.05.2008 Ulu öndər Heydə Əliyevin 85-illiyi münasibətilə Heydər Parkında möhtəşəm bayram konserti keçirilmişdir.
9 may 2008-ci il tarixdə rayonun Ukrayna dairəsi yaxınlığında yerləşən Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin 85-illik yubileyi münasibətilə Xətai rayon İcra Hakimiyyətinin və Azərbaycan Teleradio verilişləri QSC-nin birgə layihəsi üzrə Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə "Ömrünü xalqına həsr edən dahi" adlı möhtəşəm bayram konserti keşirilmişdir. Ulu Öndərin nəhəng portreti və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş Ukrayna dairəsində təşkil olunan konsert proqramını minlərlə sakin və şəhərimizin qonaqları, həmçinin Azərbaycan Respubliakası Prezidenti İcra Aparatının məsul Əməkdaşı Tağı Tağıyev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, millət vəkilləri Səməd Seyidov, Hüseynbala Mirələmov və digər qonaqlar maraqla izləmişlər. Bayram konserti atəşfəşanlıqla başa çatmışdı.