20.04.2008 Heydər Əliyevin 85-illik yubleyi münasibətilə Xətai rayonunda silsilə tədbirlər davam edir
Heydər Əliyevin 85-illik yubleyi münasibətilə Xətai rayonunda silsilə tədbirlər davam edir
Məlum olduğu kimi, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünün təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır. Bu sərəncama əsasən Xətai rayon İcra Hakimiyyəti tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilməsi üçün rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təsdiq edilmiş xüsusi tədbirlər planın da nəzərdə tutulan tədbirlərdən biri də, Ulu öndərin doğum gününə qədər hər həftənin şənbə və bazar günləri rayon ərazisində, o cümlədən bütün idarə və müəssisələrdə, təhsil və səhiyyə ocaqlarında iməcliklər keçirilir.
Aprel ayının 19-da Ukrayna dairəsində, Heydər Əliyev parkında, Nobel prospekti, Telnov və General Şıxliniski küçələrində üç minə yaxın insanın iştirakı ilə böyük iməclik keçirilmişdir. İməclikdə rayon ərazisində fəaliyyət göstərən “Azərneftyağ” Neft Emalı Zavodunun, Neft Kəmərləri İdarəsinin, Metalkonstruksiya Zavodunun, Radioquraşdırma İdarəsinin, Mərkəzi Telefon Qovşağının, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin, Rayon və Əhmədli kənd Bələdiyyəsinin, habelə Təhsil və səhiyyə ocaqlarının kollektivlərinin iştirak etdiyi iməclikdə ağacların dibləri yumuşaldılmış, gövdələri rənglənmiş, ətraf ərazilər abadlaşdırılmışdır.
Məhşur Nobel qardaşlarına Nobel prospektində Nizami adına istirahət parkında yerləşən ev muzeyi yenidən bərpa edilmişdir. Bununla əlaqədar həmin muzeyin ətrafında da əmək kollektivlərinin, o cümlədən rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin kollektivinin iştirak etdiyi iməclikdə ərazi tamamilə kol-kosdan təmizlənmiş, səkilər ağardılmış, işıqlandırma sistemi və fəvvarə yenidən bərpa olunmuşdur.
Ulu öndərin əbədi xatirəsini hər an qəlbində yaşadan Xətai rayon ictimaiyyəti bütün tədbirlərdə olduğu kimi, ümumilli liderimizin adı ilə bağlı bütün tədbirlərdə də yaxından iştirak edirlər. Onlar 2000-ci ildə Ukrayna dairəsi yaxınlığında yerləşən Heydər Parkının açılışı mərasimində iştirak edən Ulu öndərin bu ərazi və Xətailər haqqında dediklərini böyük ehtiramla xatırlayırlar.
2007-ci ilin oktyabrında həmin parkın yenidən qurulması və parkda Ulu Öndərin abidəsinin ucaldılması və açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı, görülən işlərdən məmunluq duyması sakinlər tərəfindən Xətai rayon zəhmətkeşlərinə göstərilən diqqət və qayğı kimi qiymətləndirilir. Çünki, vaxtı ilə bərbad və çirkab içərisində olan bu ərazi indi paytaxtın ən gözəl güşələrindən biridir. Orada quraşdırılan fəvvarələr, şəlalə, xüsusən də lazer efektli musiqili fəvvarə insanlarımızın asudə vaxtlarının səmərəli keçirilməsi üçün gözəl şərait yaradır.