« İyul 2010 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31


    


30.12.2009   “Gündəlik Bakı” qəzeti “reket nəşr” elan olundu

 “Gündəlik Bakı” qəzeti “reket nəşr” elan olundu
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin 2009-cu ildə son iclası keçirilib. MŞ-dən SİA-ya verilən məlumata görə, iclasın gündəliyinə Azərbaycan Mətbuat Şurasının 2009-cu ildəki fəaliyyətinə dair hesabat, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında Mətbuat Şurasının qərarlarının çıxarılması, Mətbuat Şurası “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların çıxarılması və Mətbuat Şurası sıralarına qəbul məsələləri salınıb.
İdarə Heyətinin üzvləri “Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərə dair hesabatı” dinləyərək müsbət qiymətləndiriblər. Qərara alınıb ki, hesabat əlavə və təkliflərlə birgə 2010-cu ilin yanvarında media və ictimaiyyətə təqdim olunsun.
MŞ sıralarına qəbulla bağlı 5 müraciətə baxılıb. Müzakirələrdən sonra “Ailə həkimi”, “Birlik”, “Azərbaycan nəşrləri” jurnalları və “Media və Mülki Cəmiyyət” ictimai Birliyi Şura sıralarına qəbul olunub. İclasda qərara gəlinib ki, “Yeni xəbər” qəzetinin bir illik saylarının monitorinqi aparıldıqdan sonra bu nəşr MŞ sıralarına qəbul oluna bilər. Sonra Şikayətlər üzrə Komissiyanın və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında da qərarlar çıxarılıb.
 “Gündəlik Bakı”, “Zərbə”, “Tolerant Azərbaycan”, “Əsas xəbər”, “Dünya kriminal”, “Güzgü” qəzetlərinin və “Mozalan” jurnalının adları “reket nəşr” elan olunaraq, “Bizim vətən” qəzetinin adı isə xəbərdarlıq edilərək Şuranın müvafiq siyahısına salınıb. Cari məsələdə Mətbuat Şurasının 2010-cu ildəki iş planına dair müzakirələr aparılıb və bununla bağlı təkliflərin yanvarın ilk ongünlüyünədək qruplaşdırılaraq Şuranın İdarə Heyətinə təqdim olunması barədə qərara gəlinib.
Qeyd edək ki, “qara siyahı”ya düşən bir sıra nəşrlər Şuraya fəaliyyətlərində dönüş yaratdıqları barədə müraciətlər ünvanlayıblar. Buna görə də iclasda “qara siyahı”ya düşən nəşrlərin oradan çıxarılması ətrafında da müzakirələr gedib. Bildirilib ki, bu məsələ MŞ-nin “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair Təlimatında nəzərdə tutulan müddəalara uyğun olaraq tənzimlənəcək.
Qeyd edək ki, prosesə gələn ildən başlanılması üçün imkanların nəzərdən keçirilməsi məqsədəuyğun sayılıb.
sia.az
 



[AZ] [RU] [EN]  
Dövlət onun ərazisində
yaşayan əhalinin
təminatçısıdır!

Heydər Əliyev
30.07.2010 06:26