26.01.2008 Əhmədli qəsəbəsində 2007-ci ilin yekunları müzakirə olundu
Əhmədli qəsəbə İcra mayəndəliyinin 2007-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş müşavirə keçirilmişdir. 64 saylı məktəbin akt zalında təşkil edilmiş müşavirədə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Tahir Budaqov, millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Əhmədli kənd bələdiyyəsinin üzvləri və digər qonaqlar iştirak etmişlər.
Əhmədli qəsəbəsi Bakı şəhərinə yaxın olan və Xətai rayonunun yeganə qəsəbəsidir. Sahəsi 108 hektar, əhalisi 12 000 nəfərdən artıqdır. Qəsəbədə 381 nəfər olmaqla 70 məcburi köçkün ailəsi məskunlaşmışdır.Hesabat ili ərzində Əhmədli qəsdəbəsinində 14 saylı şəhər poliklinikası, Zakir Əhmədov adına 64 saylı orta məktəb, 5 saylı peşə liseyi, Vəli Məmmədov adına Mədəniyyət Evi, kitabxana, poçt, yeni tikilmiş və istifadəyə verilmiş 120 yerlik uşaq bağçası fəaliyyət göstərir.
Bakı şəhərinin bütün qəsəbləri kimi, Əhmədli qəsəbəsinin də həyatında ölkə prezidentinin imzaladığı “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci ilər üzrə sosial-iqtisadi inkişafına dair tədbirlər Proqramı”nın önəmli rolu vardır. Məhz bu proqramda Əhmədli qəsəbəsinin əhalisini narahat edən ən iri həcmli sosial problemlər - qəsəbənin elektrik təchizatının yaxşılaşdırılması, bərpa və yenidənqurma işlərinin aparılması, su və kanalizasiya sistemlərinin qurulması və yeni xətlərin çəkilməsi, yeni poçt binasının və uşaq bağçasının tikintisi, həmзinin digər həlli vacib olan problemlər öz əksini tapmışdır. Ötən müddət ərzində qeyd edilən proqramın icrası ilə əlaqədar müvafiq dövlət orqanları tərəfindən qəsəbə ərazisində çox mühüm işlər görülmüşdür. Belə ki, Əhmədli qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərenerji” ASC tərəfindən TM-916 400/10 kiv. gücündə komleks transformator məntəqəsi istifadəyə verilmişdir. Şahin Səmədov kьзəsində 400/6 kv. gücündə transformator məntəqəsinin istifadəyə verilməsi və əlavə 6 ədəd transformatorın quraşdırılması, müasir üsulla 0,4 kv.luq elektrik hava xətlərinin sipləşmə ilə əvəz edilməsi nəticəsində qəsəbə sakinlərinin elektrik enerjisi ilə təchizatı payız-qış mövsümndə yaxşılaşdırılmış və xeyli miqdarda elektrik enerjisinə qənaət edilmişdir.
Tədbirlər planına uyğun olaraq 2006-2007-ci illər ərzində Seyid Mir Həsənağa kьзəsində uzunluğu 200 p/m, diametri 300 mm, Namiq Əlyarov kьeзəsində uzunluğu 100 p/m, diametri 300 mm, 5-ci qəsəbə kьзəsində 99 p/m, uzunluğunda və 7-ci Əhmədli küçəsində 300 p/m uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. 9-cu Əhmədli küçəsində uzunluğu 300 p/m, diametri 100-150 mm olan metal boru ilə su xətti çəkilmişdir.
Bu sahədə görülən işləri həmin müəssisələrin əmək kollektivləri və qəsəbə sakinləri dövlətin vətəndaşlara diqqət və qayğısı kimi qiymətləndirmişdir.
Hesabat ili ərzində qəsəbə nümayəndəliyinin 2 mərtəbəli inzibati binası da əsaslı təmir olunmuş, iş otaqları müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilmişdir.