10.06.2009 Gül Bayramında fəal iştirakına görə Xətai rayonu 1-ci yerə layiq görülmüşdür
Məlum olduğu kimi Ulu Öndər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 86-cı ildönümü münasibətilə 10 may 2009-cu il tarixdə Bakı şəhərində təşkil olunmuş Gül Bayramında keçirilən müsabiqəyə yekun vurulmuşdur. Müsabiqənin yekunlarına görə Xətai rayonu Gül Bayramının əsasnaməsinə uyğun olaraq bütün nominasiyalar üzrə rəngarəng tər gül-çiçəklərdən yaradılan kompozisiyaların təqdimatlarına və fəal iştirakına görə birinci yerə layiq görülmüş və Bakı şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bundan başqa ayrı-ayrı məktəb və Uşaq bağçaları müxtəlif nominasiyalar üzrə diplom və pul mükafatları ilə mükafatlandırılmışlar: Ən yxşı dekorativ Gül rəsmi nominasiyası üzrə: 316 saylı uşaq bağçası Vüsalə MəcidovaI dərəcəli diplom və 500 manat pul mükafatı; 194 saylı məktəb "Məktub gətirən quş" II dərəcəli diplom və 400 manat pul mükafatı; Asvalt üzərində gül nominasiyası üzrə 171 saylı məktəb Həcər Əliyeva III dərəcəli diplom və 300 manat pul mükafatı
Həmçinin 56 saylı orta məktəb və 288 saylı uşaq bağçası Diplom və Fəxri Fərmanla mükafatlandırılmışlar Bütün qalibləri təbrik edirik