07.02.2009 Ilin Yekunu
Xətai rayon İcra Hakimiyyətində 2008-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Xətai rayon İcra Hakimiyyətində 2008-ci ilin sosial-itisadi inkişfın yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqdan əvvəl iştirakçılar Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi qarşısına tər çiçəklər düzərək Azərbaycan tarixində müstəsna xidmətləri olan Ümummilli Liderimizin xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər.
Sonra tədbir YAP Xətai rayon təşkilatının akt zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz bu il də özünün dinamik iqtisadi inkişafına görə yenə də dünyada birinci olmuşdur. Dünyada yaşanan maliyyə böhranına baxmayaraq, Azərbaycanda əksinə inkişaf var. Bu isə ölkəmizə marağı daha da artırır, Azərbaycanı nüfuzlu dövlətlərdən birinə çevirir. Bu isə Ulu Öndər Heydər Əliyev ideyalarının və İlham Əliyev siyasətinin təntənəsidir.
Tədbirdə hesabat məruzəsilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov bildirdi ki, hesabat ili bizim rayonumuz üçün də uğurlu olmuşdur. Keçən ildə istehlakçılara 606 mln.626 min 900 manatlıq və ya sənaye məhsulu istehsalının 101,3 faizi qədər sənaye məhsulu göndərilmişdir.
İqtisadiyyatın başqa sahələrində olduğu kimi istehlak bazarında da müsbət irəliləyişlər əldə olunmuş,istehlak bazarı dinamikası inkişaf etmiş və rayon əhalisinə 921 mln 292 min 900 manatlıq və ya əvvəlki ildəkindən 34,1 faiz çox genişçeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
Bu müddətdə nəqliyyat sektorunda fəalyyət göstərən müəssisələr tərəfindən əhaliyə əvvəlki ilin müvafiq dövründəkindən 1,2 % çox, yəni 192 mln 298 min 600 manatlıq xidmətlər gstərilmişdir, rabitəçilər tərəfindən müəssisə,tşkilat və əhaliyə faktiki qymətlərlə 13 mln 212 min 200 манатлыг rabitə xidməti göstərilmişdir.
Zığ yolu 20a ünvanda milli çalarlarıözündə əks etdirən yeni abad guşənin və qala divarlarının tikilərək istifadəyəverilməsidir. Burada əsasən xalqımızın folklorunu əks etdirən elementlərdən istifadə olunmuşdur. Sonra natiq təhsil, səhiyyə və mədəniyyət sahəsində də əldə olunmuş nailiyyətlərdən danışaraq bildirdi ki, Təhsilə göstərilən diqqətin nəticəsidir ki, hesabat ilində 27,64, 116 saylı orta məktəblərdə müasir standartlara cavab verən yeni tədris korpusları tikilmiş,27 və 147 saylı məktəblərin fasadları klassik üslubda üzlük daşla üzlənmiş, 6 məktəbdəəsaslı təmir işləri aparılmışdır.
1367 həkimin və 1932 nəfər orta tibb işçisinin çalışdığı 21 ambulator-poliklinika və 7 xəstəxanada əhaliyə tibbi xidmət göstərilir.
Yığıncaqda xidmət sahələrinin rəhbərləri də il ərzində görülən işlər barəsində hesabat vermişlər. Məruzə ətrafında çıxış edənlər 2008-ci ildə həyata keçirilən tədbirləri yüksək qiymətləndirimiş, cari ildə də qarşıda duran vəsifələri layqincə yerinə yetirəcəklərinə əminliklərini ifadə etmişlər.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məsul əməkdaşı Tağı Tağıyev və Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı preziden İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bynəlxalq aləmdə önəmli yer tutduğunu faktlarla diqqətə çatdırmış, rayonda görülan işləri də yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinə toplantı iştirakçıları adından müraciət qəbul edilmişdir.